• $
  • €
  • ₽
  • ₺
  • £

Ağstafada kritik iclas: “həbs edilən” digər müavin də...

Ağstafada kritik iclas: “həbs edilən” digər müavin də...
20.12.2019 14:22
Dünən başçısı həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətində məlum səbəblərdən hazırda ümumi iclas keçirilir. İclasda icra başçısı və birinci müavinlə birgə həbs edildiyi deyilən başçının digər müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova da iştirak edir.

Bu barədə Axar.az-a Ağstafa Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hələlik rayon icra başçısı vəzifəsini icra edən təyin edilməyib.

L.Eyyubovanın köməkçisinin sözlərinə görə, L.Hüseynovanın həbsi ilə bağlı yayılan məlumatlar yalandır:

"Lalə xanım iş başındadır. Hazırda İcra Hakimiyyətində iclas keçirilir. Lalə xanım da iclasda iştirak edənlərdən biridir”.
İcra hakimiyyətində təşkil olunan iclası isə kimin keçirdiyi məlum deyil.

Xatırladaq ki, dünən Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər.

Prezident İlham Əliyevin sərəncamı ilə bu gün N.Quliyev vəzifəsindən azad edilib.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol