• $
  • €
  • ₽
  • ₺
  • £

Cangüdənlə gəzən, evləri mühafizə olunan icra başçıları - Onlar kimdən, nədən qorxurlar?

Cangüdənlə gəzən, evləri mühafizə olunan icra başçıları - Onlar kimdən, nədən qorxurlar?
20.12.2019 16:08
Nizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının saxlanılması yerli icra hakimiyyətlərinin işini gündəmə gətirib.

İndi sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bəzi rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdən saxlamasıdır.

Bir sıra rayonlarda İcra Hakimiyyəti başçısının yaşadığı evlərin ətrafında post-patrul xidmətinin ən azı bir maşını, ya da üç əməkdaşı dayanır.

Doğrudanmı, rayonlarda kriminogen durum belə pisdir ki, icra başçıları evlərinin qarşısında mühafizə postu yaradıb, özləri isə adam arasına cangüdənlə çıxırlar? Yox, əgər belə deyilsə, onda icra başçıları kimdən, nədən qorxurlar?

Keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev Modern.az-a bildirib ki, icra başçılarının hamısı belə etmir:

"Bunu icra başçılarının hamısına şamil etmək olmaz. Belə bir hala vaxtilə Salyanın icra başçısının timsalında rast gəlmişdik və onu tez bir zamanda vəzifədən azad etdilər. Onların belə addımı düzgün deyil.

Hazırda ölkəboyu kadr islahatları aparılır, icra başçıları da özlərini ylğışdırmağa çalışırlar. Vaxtilə yanında cangüdən və polis gəzdirən icra başçılarının çoxu  cəzalandırılsa da, indi də elələrinə rast gəlmək olur”.

Mahmud Hacıyev deyib ki, İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdənlə gəzməsinə dair qanunvericilikdə də hər hansı tələb yoxdur.

"El dili ilə desək, icra başçısı işlədiyi rayonun ağsaqqalı sayılır. Əgər icra başçısı elin ağsaqqalı, söz sahibi sayılırsa, özünü cəmiyyətdən – insanlardan niyə qorumalıdır?!”

Mahmud Hacıyev qeyd edib ki, hazırda ölkədə heç bir kriminal gərginlik müşahidə edilmir  və buna görə də icra başçılarının evlərinin mühafizəsinə və onların cangüdənlə gəzməsinə də ehtiyac yoxdur.

"Sadəcə, bəzi icra başçıları şan-şöhrət naminə belə edir. Rayonlarda təhlükəli atmosfer də yoxdur, deyəsən ki, ona görə belə edirlər. Bəziləri şan-şöhrət, bəziləri də özünü sığortalayır ki, birdən nəsə olar. Amma yenə də nəsə olsa belə, icra başçısı yerlərdə xalqın qayğısını çəkən şəxslərdir, belə etməməlidirlər. Onların bu cür xoşagəlməz addımının sadə camaatda narazılıq doğurmağı başadüşüləndir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol