• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlətin əlillərə ayırdığı 30 manat kimə verilir? - AÇIQLAMA

Dövlətin əlillərə ayırdığı 30 manat kimə verilir? - AÇIQLAMA
23.12.2019 09:00
1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix  Azərbaycanda da qeyd olunur. Bu günün  qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Azərbaycanda 620 minə yaxın əlil insan var və bu gün münasibətilə əlilliyi olan şəxslərə 30 manat dəyərində dövlət tərəfindən kompensasiya ayrılır. Amma buna baxmayaraq bu vəsaiti əlillər ala bilmirlər. Bununla bağlı redaksiyamıza şikayət daxil olub.

 Bəs görəsən dövlətin ayırdığı kompensasiya əslində kimlərə aid edilir və bunu hansı qaydada almaq lazımdır?

Anews.az olaraq bu məsələni araşdırmağa çalışdıq.

Adının çəkilməsini istəməyən şikayətçi valideyn  himayəsində əlil uşağın olduğunu deyərək bildirir ki, heç vaxt bu yardımdan yararlanmayıb. Onun sözlərinə görə, bu kompensasiyanı almaq üçün çox əziyyət çəkir.

"Dövlət "Beynəlxaq Əlillər Günü” münasibətilə kompensasiya ayırır. Mingəçevirdə bu yardımı almaq çox çətin məsələdir. Bizi dəfələrlə get-gələ salıblar. Mənə elə gəlir ki, bu pulu vermək istəmirlər. Fikrimcə, kim bu məsələdən xəbərdardırsa və gedib hay-küy salırsa o adama verirlər. Əgər konkret maarifləndirsələr ki, bu kompensasiya kimlərə verilməlidir, biz də ona görə hara və kimə müraciət edəcəyimizi bilərik. Əgər bu pulu almaq mənim haqqımdırsa bəs 9 il bizə aid olan kompensasiya kimə verilib?”,  –deyə şikayətçi valideyn narahatlığını bildirdi.
 
Məsələ ilə bağlı bir neçə əlilliyi olan şəxslərin də fikrini aldıq.

Cəmilə Məmmədli deyir ki, mən indiyə qədər heç vaxt bu kompensasiyanı almamışam.

"Bu yardımı hər bayramda verilməlidir. Hətta məndə olan məlumata görə, bu yardım Novruz və digər bayramlarda  bələdiyyələrin büdcəsindən ayrılmaqla əlilliyi olan şəxslərə şamil edilir. Amma mən indiyə qədər ona görə almamışam ki, bunun üçün ya bələdiyəyə müraciət etməlisən, ya da ərizə yazmalısan. Çox qarışıq iş olduğu üçün  əlilliyi olan çox insanlar da bu prosesin arxasınca getmir. Ən əsası o pülün hara getdiyi qaranlıq qalır. Çünki  kağız üzərində ovəsait  əlillərə verilmiş kimi göstərilir. Amma əlillərə verilməsi üçün optimal bir yol yoxdur. Bu pulun hamıya eyni dərəcədə çatması üçün tək yol bu ola bilər ki, həmin pul hamının pensiya kartına köçürülsün. Təəssüflər olsun ki, əldən-ələ verməklə bu işi həyata keçirirlər. Bu işin dalınca gediən, hay-küy salan kompensasiyanı ala bilir”, - deyə xanım söylədi. 
 
Orxan Əliyev adlı əlilliyi olan şəxsin  məsələyə münasibəti isə belə oldu. 

"Bildiyim qədər bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur. Təkcə Beynəlxalq Əlillər Günü” münasibətilə deyil digər bayramlarda da belə sosial yardımlar olur. Mən uşaq olanda anam bu sosial yardımlardan yararlanırdı. Bu yardımlara əsasən ərzaq daxil idi. Amma 30 manat kompensasiya üçün heç vaxt müraciət etməmişəm. Düşünürəm ki, bu sadəcə dilənçi puludur. Mənə görə bu yolla sadəcə əlilliyi olan insanları yola verirlər və mən o pulu götürməyi özümə yaraşdırmıram”, - deyə Orxan Əliyev bildirdı.
 
Məsələyəı Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin münasibətini öyrəndik.
 
Onu fikrincə, dövlətin bütün əlilliyi olan şəxslərə "Beynəlxalq Əlillər Günü” münasibətilə kompensasiya verməsi barədə qanun yoxdur. Bu qayda belədir ki, rayonlarda yaşıyanlar da daxil olmaqla əlilliyi olan şəxslər DSMF-yə müraciət etməklə aralarından 100- 150 nəfər seçməklə bu yardım verilir. Bunun kimlərə verilməsini isə DSMF özü müəyyən edir. Məsələn bu il verilən yardım gələn il eyni əlilliyi olan şəxslərə verilmir. "Beynəlxalq Əlillər Günü”nün mahiyyəti isə kompensasiya verməkdən ibarət deyil. Başqa ölkələrdə belə bir qanun yoxdur. Sadəcə bizim  ölkədə belə yardımın verilməsi həyata keçirilir.
 
Kompensasiya verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Fondundan bildirdilər ki, 30 manat yalnız maddi duruma əsasən  verilir.

"3 dekabr əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "3 dekabr - Beynəlxalq əlilliyi olan şəxslər günü münasibəti ilə tədbirlərin keçirilməsi və sosial müdafiəyə daha çox ehtiyacı olan əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara birdəfəlik maddi yardımın verilməsi haqqında” müvafiq sərəncamı əsasında  həyata keçirilir.


Birdəfəlik maddi yardımlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən, əlilliyi olan şəxslərin ictimai təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının iştirakı ilə sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslər müəyyən edilir və onların hər birinə  növbəlilik qaydasında 30 manat məbləğində birdəfəlik maddi yardım verilir. 

 Sərəncamın icrası olaraq cari ildə 225 000 manat maddi yardım 7500 nəfər əlilliyi olan şəxslərin müvafiq bank hesablarına köçürülüb.  


Gələcəkdə əlamətdar günlər münasibəti ilə digər əlilliyi olan şəxslərin birdəfəlik maddi yardım verilməsi məsələsinə növbəlilik qaydasında baxılacaqr".

 
Gülnar Nazimqızı


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol