• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan Azərbaycana deportasiya edilən Elvin İsayevlə bağlı YENİ XƏBƏR

Ukraynadan Azərbaycana deportasiya edilən Elvin İsayevlə bağlı YENİ XƏBƏR
20.12.2019 17:12
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Anews.az-a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmədə istintaq təcridxanasında saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs təsadüfi seçim əsasında fərdi qaydada qəbul edilib.

Başçəkmə çərçivəsində 12 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına deportasiya olunmuş Elvin İltixam oğlu İsayev də MPQ üzvləri tərəfindən konfidensial qəbul olunub və dinlənilib. E. İsayev saxlanma şəraitindən, tibbi xidmət və saxlanıldığı müddət ərzində onunla rəftardan razılıq edib. Eyni zamanda o, sovqat qəbul edib, ailə üzvləri ilə əlaqə saxlayıb və telefon danışığı hüququ təmin olunub.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, müvafiq qanunvericiliyin tələbləri izah edilib, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm başçəkmələr həyata keçirilir, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, tibbi xidmətin təşkili araşdırılır. Əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin müzakirəsi təşkil olunmaqla yanaşı, icrası yerində yoxlanılır, habelə bu qəbildən olan müəssisələrdə çalışan şəxslərə ünvanlanan, milli və beynəlxalq qanunvericiliyə, beynəlxalq müqavilə qurumlarının ölkə üzrə tövsiyələrinə əsaslanmaqla hüquqi maarifləndirici treninqlər təşkil olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol