• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın keçmiş prezidenti Gamsaxurdiyanın oğlu bıçaqlanıb

Gürcüstanın keçmiş prezidenti Gamsaxurdiyanın oğlu bıçaqlanıb
20.12.2019 22:30
Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya Tbilisidə sinə nahiyəsindən bıçaqlanıb.

APA "Rustavi 2” telekanalına istinadən xəbər verir ki, hadisə paytaxtın Vera ərazisində baş verib. 

Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında isə onun yaralandığı bildirilsə də hansı silahdan xəsarət yetirildiyi açıqlanmayıb: "Tsotne Qamsaxurdiya yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Onun odlu və ya soyuq silahla vurulduğu müəyyənləşdirilir".
Hadisənin kim tərəfindən törədildiyi də bildirilməyib.

"Adam öldürməyə cəhd" maddəsi ilə cinayət iş başlanılıb. Hadisəni törədən şəxsi 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir. 
T.Gamsaxurdiyanın vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Tsotne Zviad Qamsaxurdiyanın ikinci oğludur. 

Xatırladaq ki, 2009-cu ildə Tsotne Gamsaxurdiya qonşusu David Badjhelidzeyə tapança ilə xəsarət yetirmək ittihamı ilə polis tərəfindən saxlanılıb. Tbilisi şəhər məhkəməsi onu 2010-cu ildə 9 il 6 ay həbs cəzasına məhkum edib. 

2011-ci ildə həbsxana müddətində olarkən həbsxana işçisinə rüşvət verməkdə günahlandırılaraq növbəti 5 il azadlıqdan məhrum olunub. 
2012-ci ilin oktyabrında Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili onu Katolikos-Patriarx II İlinin xahişi ilə əfv edib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol