• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev Akif Əlizadəyə qarşı-AMEA-DA CİDDİ DƏYİŞİKLİKLƏR, LƏĞVETMƏLƏR OLACAQ…

Ramiz Mehdiyev Akif Əlizadəyə qarşı-AMEA-DA CİDDİ DƏYİŞİKLİKLƏR, LƏĞVETMƏLƏR OLACAQ…
20.12.2019 20:46
"Biz də eşitmişik ki, AMEA-da çox ciddi dəyişikliklər olacaq. Konkret olaraq, keçmiş və uğursuz, adı bir çox xoşagəlməz işlərdə, qalmaqallarda hallanan eks-prezident Akif Əlizadənin AMEA-da yaratdığı qondarma "institutlar” ləğv ediləcək. Eyni zamanda, digər mühüm və vacib addımlar atılacaq, dəyişikliklər baş verəcək. Bunlara çox ciddi ehtiyac var. Ancaq təbii ki, dəyişikliklərin necə və nədən  ibatət olacağını AMEA-nın yeni rəhbəri və rəhbərliyi daha yaxşı bilir və bilər. Bizim bildiklərimiz bu qədərdir ki, çox mühüm dəyişikliklər olacaq. Olsun, biz də alqışlayırıq və alqışlayacağıq. Elmi, elm məbədini bazara çevirmək olmaz. Artıq, yetər!", bunu Etikxeber.az-a açıqlamasında çox nüfuzlu və tanınmış elm xadimlərindən, akademiklərdən biri deyib.

Adının çəkilməsini istəməyən akademik AMEA-da islahatlara, dəyişikliklərə çox ciddi ehtiyac olduğunu, onun əvvəlki şöhrətinin, əsl elm məbədgahına çevrilməsinin vacibliyini  və zərurliyini vurğulayıb.

Qeyd edib ki, artıq bu yöndə konkret, ciddi addımlar atılmalıdır və atılacaq.

Adının çəkilməsini istəməyən başqa  bir akademik də AMEA-da dəyişikliklərin olacağını istisna etməyib və əlavə edib ki, qarşıdakı dönəmdə də bununla bağlı mühüm addımların atılması gözlənilir.

Onu da xatırladaq ki, "Demokrat.az”-ın yaydığı məlumata görə, akademiklər – Nazim Məmmədov, Vaqif Fərzəliyev, Fəxrəddin Qədirov, Əhliman Əmiraslanov, Teymur Kərimli və Nərgiz Axundova akademiyanın vitse-prezidentlərinin köməkçiləri olacaqlar.

Həmçinin,  AMEA-nın iki institutunun – Qafqazşünaslıq və Elm Tarixi institutlarının  ləğvi nəzərdə tutulur.

Dekabrın 25-də AMEA-nın  növbədənkənar ümumi yığıncağı keçiriləcək və orada mühüm qərarlar açıqlanacaq.

Qeyd edək ki, Nərgiz Axundova SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanovun həyat yoldaşıdır. Əhliman Əmiraslanov və Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə Milli Məclisin deputatlarıdır.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol