• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polis zabiti 20 yaşlı oğlanı güllələyib öldürdü

Azərbaycanda polis zabiti 20 yaşlı oğlanı güllələyib öldürdü
21.12.2019 15:09
Goranboy rayonunda dava-dalaş zamanı silahdan istifadə edən və qətl törədən polis əməkdaşı barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, rayon polis idarəsinin sahə müvəkkili, polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda0 maddələri ilə açılan ayrıca işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə Goran qəsəsbəsi ərazisində baş verib.

Burada xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb.
 
Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb.

Silahdan açılan güllə dava edən şəxslərdən birinə dəyib. Xəsarət alan 1999-cu il təvəllüdlü, rayon sakini Əhmədov Təbriz Xalıq oğlu vəfat edib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol