• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu dairə kimindir?” - Rauf Arifoğlu İqbal Ağazadəyə rəqib oldu

“Bu dairə kimindir?” - Rauf Arifoğlu İqbal Ağazadəyə rəqib oldu
22.12.2019 23:46
Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərinə namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi "Facebook” hesabında yazıb. ”Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm” – deyə, qeyd edən Arifoğlu, beləliklə, iddialı namizəd İqbal Ağazadəyə rəqib olub.
Sözü gedən açıqlamanın mətnini təqdim edirik:
”Dəyərli dostlar.
Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi.
– Niyə Xətai, niyə 35?
– Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?
– Kimin şansı nə qədərdir?
– Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?
– Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?
Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!
İndi isə bu bəyanımı edərək, bütün dostları, media ictimaiyyətini, Xətai 35 saylı 3-cü Seçki Dairəsində yaşayan Facebook istifadəçilərini dəstəyə səsləyirəm.
Seçki təcrübəsi olan fəalları, siyasi texnoloqları, ziyalıları, gənc könüllüləri, tələbələri seçki qərərgahıma dəvət edirəm. Gəlin Azərbaycan üçün, demokratiya və haqlar uğrunda birgə çalışaq!
Birlikdə Azərbaycanda ən nümunəvi bir kampaniya keçirdək! Yeni ilin ən gözəl hadisəsini bərabər hazırlayaq!
Sayğılarla, Rauf Arifoğlu, Yeni Müsavat Media Qrupunun rəhbəri
(Daha detallı və bütün suallarla bağlı irəliləyən saatlarda yazacam)”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol