• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyevin oğlundan xəbər var - NƏ İŞLƏ MƏŞQULDUR?

Elmar Vəliyevin oğlundan xəbər var - NƏ İŞLƏ MƏŞQULDUR?
23.12.2019 09:59
Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin övladları Türkiyədə mehmanxana biznesi ilə məşğuldurlar. 

"Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı jurnalist Hafiz Babalı paylaşıb. O, bildirib ki, Elmar Vəliyevin övladları 2016-cı ilin noyabr-dekabr aylarında 3 şirkət yaradıblar.

Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı "Vista İnşaat ve Dış Ticaret A.Ş.”, "Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və "Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır. 

Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir Vəliyev başçılıq edir.

Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib.

Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü olan Elmir Vəliyev atası icra başçısı olduğu zaman Kəpəz futbol klubunun  prezidenti kimi fəaliyyət göstərirdi. Hətta son zamanlar o ictimai-siyasi proseslərin də aktiv iştirakçısına çevirilmiş, "Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyini təsis etmişdi. Həmçinin Milli Məclisin sektor müdiri vəzifəsinə təyin edilmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol