• $
  • €
  • ₽
  • ₺
  • £

İmişli icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev - FOTOLAR

İmişli icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev - FOTOLAR
23.12.2019 12:30
Bu günlərdə mətbuatda İmişli Rayon İcra başçısı Vilyam Hacıyevin olduğu iddia edilən mülklərin siyahısı yayıldı. Daha sonra, İmişi Rayon İcra Hakimiyyəti açıqlama yaydı və bildirdi ki,  icra başçısı Vilyam Hacıyev İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır.

Anews.az xəbər verir ki, Mətbuatda gedən başqa bir məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də dəb-dəvəli həyat sürür. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Məhəmməd Hacıyev davaya meylli birisi kimi ad çıxarıb


 
 Məlumatlı mənbənin bildirdiyinə görə, əvvəllər Qaradağ rayon Prokurorluğunda işləyən, sonradan Nərimanov rayon Prokurorluğuna transfer olunan Məhəmməd Hacıyev sırf karyera naminə bu vəzifədə çalışır: «Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında Vilyam Hacıyevin oğlu ofsiantları döyüb. O ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar».
 
Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir.
 
Görəsən,  124 manat kirayə haqqı ödəməklə İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada qaldığını deyən Vilyam Hacıyevin oğlu oliqarxiyaya necə yuvarlanıb? İcra başçısı 25 milyonluq villa da yaşayır, yoxsa həqiqətən də kirayədə? 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol