• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kütləvi dava - Bıçaqlananlar var

Bakıda kütləvi dava - Bıçaqlananlar var
23.12.2019 15:34
Bakının Sabunçu rayonu ərazisində kütləvi davanı törətməkdə şübhəli bilinən şəxslərdən ikisi saxlanılıb.

Anews.az xəbər verir ki, bu barədə "oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Operativ axtarış tədbirləri nəticəsində 19-cu polis bölməsinin əməkdaşları şübhəliləri saxlayıblar. Onlardan biri daha əvvəl "xuliqanlıq” maddəsi ilə məhkum olunmuş 26 yaşlı Yevlax rayon sakini Məmmədov Şəmistan Elman oğlu, o biri isə, 25 yaşlı Bakı sakini Əhmədov Vasif Əli oğlu olub.

Hazırda davada iştirak edən digər şəxslərin tapılması üçün axtarışlar davam edir.

Hələlik hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, Ramana qəsəbəsində dekabrın 22-si saat 18:40 radələrində bir neçə şəxsin iştirakı ilə dava baş verib.

Nəticədə, 28 yaşlı Zərdab rayon sakini Xəlilzadə Murad Məzahir oğlu sinə nahiyəsindən, 31 yaşlı Bakı sakini Vəliyev Əli Cəmil oğlu kürəyindən iki bıçaq yarası alıb.

Digər zərərçəkən isə 35 yaşlı Qubadlı rayon sakini Rzayev Vüsal Zöhrab oğludur.

Zərərçəkənlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. M.Xəlilzadə və Ə.Vəliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol