• $
  • €
  • ₽
  • ₺
  • £

Məhbusların aclıq aksiyası keçirməsi xəbərinə- Rəsmi reaksiya

Məhbusların aclıq aksiyası keçirməsi xəbərinə- Rəsmi reaksiya
29.05.2020 11:00
Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bir sıra məhbus valideynlərini qəbul edib. 
ANN.Az-a qurumun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, son vaxtlar bir sıra müxalifyönlü mətbu orqanlarda guya həbsxana və cəzaçəkmə müəssisələrində məhkumların kütləvi aclıq aksiyası keçirmələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunur. İctimai fikrin çaşdırılmasına yönəlmiş belə xəbərlər cəza çəkənlərin yaxınlarının haqlı narazılığına səbəb olaraq onları narahat edir. 
Bunu nəzərə alaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev 7 avqust 2014-cü il tarixdə Həbsxanada cəza çəkən bir sıra məhkumların valideynlərini və yaxın qohumlarını qəbul edib. Qəbul zamanı M. Quliyev məhkumların yaxınlarını dinləmiş, onları maraqlandıran bütün məqamlara aydınlıq gətirmiş və narahatlığa heç bir ciddi əsas olmadığını bildirib. 
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ictimaiyyətə rəsmi olaraq bəyan edir ki, heç bir həbsxana və cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir. 
Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən Penitensiar xidmətin “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na uyğun həyata keçirdiyi tədbirlərə göstərilən reaksiyadır. 
Ədliyyə Nazirliyinin Penitensiar xidməti olaraq bir daha bildiririk ki, Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinin pozulmasına yönəlmiş bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaq. 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol