• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artistimizin oğlu xəstəxanaya yerləşdirildi - Vəziyyəti pisdir

Xalq artistimizin oğlu xəstəxanaya yerləşdirildi - Vəziyyəti pisdir
24.12.2019 08:04
Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhətində kəskin problemlər yaranıb.

Publika.az xəbər verir ki, bu barədə Aznews.az-a İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalovun həyat yoldaşı İradə Zeynalova deyib.

O, bildirib ki, aktyora təcili böyrək köçürülməlidir:
 
"Məmmədin vəziyyəti çox pisdir. Böyrəkləri son günlərini yaşayır. Əvvəl həftədə bir dəfə dializə gedirdi, indi isə 3 dəfə. Onun qanındakı kreatinin faizi hər an qalxa bilər. Allah göstərməsin, Məmməd hər an ölə bilər. Qohumlardan bizə kömək yoxdur, heç kəs böyrəyini vermək istəmir. Mən özüm onkoloji xəstəyəm.
 
Böyrəyimi vermək istəyirəm, amma həkim icazə vermir. Deyir ki, sən böyrəyini versən, həyatın təhlükə altında qalar. 1 yaşında oğlum var, əgər mən böyrəyimi versəm, öləcəyəm, uzun illərdən sonra tapdığım övladım da anasız qalacaq, baxan olmayacaq. Heç kəs bizim ailə ilə maraqlanmır. Vəziyyətimiz çox acınacaqlıdır.
 
Məmməd hər an ölümünü gözləyir, onu xilas etmək lazımdır".
Qeyd edək ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol