“Lotu Quli”nin qohumu İstanbulda bıçaqlandı

Dünən İstanbulda "qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) qohumu Maqa Rustavski bıçaqlanıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni vaxtilə Quliyə qarşı uyğun olmayan davranışlarına görə kriminal avtoritet Arman Dikiy tərəfindən döyülən kutaisili Kvejoviç törədib.Maqanın dostları ilə dincəldiyi restorana 15-20 nəfərlik qrupla gələn Kvejoviç Qulinin qohumunu masasına çağırıb.
O, Maqadan "oğru” olmaq istəyib-istəmədiyini soruşub. "Oğru” tacına real namizədlərdən olan Maqa cavabında onsuz da özünü belə hesab etdiyini deyib. Kvejoviç isə bu dəfə frayer onu vurarkən niyə hərəkətsiz dayanmasını soruşub. Bu zaman Maqa ona ağır cavab verib. Yumruqlarını işə salan Kvejoviçə yanındakılar da dəstək olub. Bu zaman onun dəstəsindəki naxçıvanlı Emin Maqanı bıçaqlayıb.
Zərbələr həyati əhəmiyyətli orqanlara dəyməsə də, yaxınlıqdakı xəstəxanaya çatdırılan Maqaya tikişlər qoyulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























