• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda içkidən zəhərlənib ölən polis zabitinin videosu yayıldı - YENİLƏNDİ

Bakıda içkidən zəhərlənib ölən polis zabitinin videosu yayıldı - YENİLƏNDİ
25.12.2019 09:00
Bakıda ucuz içkidən zəhərlənərək ölən polis zabitinin videosu yayıldı.
 
Anews.az həmin videonu təqdim edir: 
 
Ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənlərin sayı üçə çatıb.

Anews.az-in məlumatına görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nərimanov rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var.

Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Həmzəyev Cəlal Ələmdar oğlu özlərini pis hiss ediblər və "zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.

"Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, - polisdən verilən açıqlamada bildirilir.

Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.

Dekabrın 24-də axşam saatlarındatexniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

İstintaq hazırda bu zəhərlənmələrin səbəblərini araşdırır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol