• $
  • €
  • ₽
  • ₺
  • £

Bibiheybət yolunun açılacağı vaxt müəyyənləşib

Bibiheybət yolunun açılacağı vaxt müəyyənləşib
25.12.2019 19:30
Yeni il ərəfəsində Bibiheybət yolunun ən azı 2 hərəkət zolağının istifadəyə verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bibiheybət yolunda Agentlik tərəfindən yamacın bərkidilməsi, bərpa işlərinin aparılması, mövcud yolun yenidən qurulub istismara verilməsi istiqamətində işlər davam etdirilir: "Buna paralel olaraq yamacda bərkitmə işləri, istinad divarlarının tikintisi üçün yamacın aşağı hissəsində 2 cərgə olmaqla svayların vurulması istiqamətində addımlarımız davam edir.
 
Bundan sonra svayların üzərində 6 metr hündürlükdə istinad divarları inşa olunacaq. Yamacın orta hissəsində də 2 cərgə svayın vurulması nəzərdə tutulur ki, gələcəkdə bu kimi sürüşmə halları qeydə alınmasın. Onun da üzərində 4 m hündürlükdə istinad divarının inşası nəzərdə tutulub. Bundan başqa, səth, qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi qurulur. Hazırda yeni drenaj xətləri atılır. İstinad divarlarının üzərində də eninə borular atılacaq ki, drenaj xəttinin kənarlaşdıra bilmədiyi qrunt suları ərazidən uzaqlaşdırılsın və yamacda ağırlaşma baş verməsin".

A.Nəcəfli qeyd edib ki, 2020-ci ilin I rübündə bu işlərin tam olaraq yekunlaşdırılması nəzərdə tutulur:

"Amma həmin yolla avtonəqliyyat vasitələrinin hərəkətinin bərpası Yeni il ərəfəsində həyata keçiriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol