• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi

“Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi
26.12.2019 13:08
Azərbaycanın bütün regionlarını yüksəkkeyfiyyətli və sürətli internetlə təmin edən "Nar”, ucqar kəndlərdə belə 4G şəbəkəsini genişləndirir.
 
Mobil operator bu dəfə dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Qusarın Laza kəndini 3G/4G şəbəkəsi ilə təmin edib. Qeyd edək ki, bu, Laza kəndində quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Laza kəndində yaşayan sakinlər, eləcə də kəndə gələn turistlər "Nar”ın yüksək sürətli internetindən yararlana biləcəklər.

"Nar” interneti bütün ölkə əhalisi üçün əlçatan etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgələrə xüsusi diqqəti ilə seçilən "Nar”, hazırda 54 regionu 4G şəbəkəsi ilə təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 92%-ni, ölkə ərazisinin isə 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
 
"Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol