• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir idmançı 12 illik diskvalifikasiya olundu

Azərbaycanda bir idmançı 12 illik diskvalifikasiya olundu
26.12.2019 22:00
2019-cu ildə Azərbaycanda 1350 dopinq test keçirilib. Onlardan 549-u yarış müddətində, 801-i yarışdan kənar müddətdə götürülüb. 2018-ci ildə 863 və 2017-ci ildə 435 test götürüldüyünü nəzərə alsaq, bu rəqəm 3,1 dəfə artıb.
 
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib. 
 
AMADA 2019-cu il üzrə illik hesabatını təqdim edib. Qurumun rəhbəri bildirib ki, AMADA Beynəlxalq Test Agentliyi, Beynəlxalq Triatlon Birliyi, həmçinin Bolqarıstan və Moldova Milli Antidopinq təşkilatları ilə əməkdaşlıq sazişi imzalanıb.
 
AMADA 2019-cu ildə 16 antidopinq qayda pozuntusu aşkar edib. Ancaq araşdırmalar davam edir və dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq.
 
Cari ildə aşkarlanan antidopinq qayda pozuntularından dördü ağırlıqqaldırmada, dördü boksda, ikisi karatedə, ikisi güləşdə, biri atıcılıqda, biri samboda, biro cüdoda, və biri atletikada qeydə alınıb.
 
2019-cu ildə dörd idmançıya məkan məlumatının təqdim edilməməsinə, doqquz idmançıya isə buraxılmış testə görə xəbərdarlıq edilib. Üç xəbərdarlıqdan sonra antidopinq qayda pozuntusu qeydə alınır.
 
Cari ildə Azərbaycan idmançılarının bioloji pasportlarının sayı 51-dən 80-ə çatdırılıb.
 
Həmçinin bildirilib ki, bir idmançı il ərzində iki dəfə antidopinq qayda pozuntusuna yol verdiyindən, 12 illik diskvalifikasiya olunub.
 
Məşqçilərin bəzi hallarda idmançılarının dopinq testdən keçməsinə mane olduğu, buna görə onları da cəza gözlədiyi bildirilib. Həmçinin bəzi fitnes mərkəzlərində yenə dopinq tərkibli maddələrin satıldığı və hüquq-mühafizə orqanları tərəfindən onlara qarşı hüquqi müstəvidə tədbir görüləcəyi vurğulanıb. (oxu.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol