• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs olunan sabiq icra başçılarının topladığı maaş kartlarının taleyi nə olacaq?

Həbs olunan sabiq icra başçılarının topladığı maaş kartlarının taleyi nə olacaq?
26.12.2019 17:40
Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyev həbs ediləndən sonra məlum oldu ki, onun yol verdiyi qanunsuz əməllərdən biri də maaş kartlarını mənimsəməsidir. 

Yayılan məlumatlarda deyilirdi ki, Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy Rayon İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. 

Nizaməddin Quliyevlə bağlı məsələ aydındır, yəni, o, artıq həbs edilib. Bəs onun mənimsədiyi maaş kartlarının, həmin kartlardan çıxarılan pulların taleyi necə olacaq? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı bildirib ki, burada bir neçə problem var.

Onun sözlərinə görə, bəzən icra başçıları və digər vəzifəli şəxslər yalançı ştatlar yaradaraq vətəndaşların adlarını qeyd edərək pulu mənimsəyiblər. 

"Yəni məsələn, beş nəfər təmizləyici ştatı yaradırlar, bir nəfəri işə götürürlər, digər dörd ştat üçün yalandan adamlarına adına əməkhaqları yazaraq nağdılaşıdırıb özlərinə götürürlər. Belə olduğu halda pul real olan işçi üçün nəzərdə tutulmadığından həmin işçi pula iddia edə bilməz, çünki faktiki işləməyib. Bu zaman həmin pul dövlət büdcəsinə qaytarılmalıdır.  

Digər bir halda isə işçilərin adına pul yazılır, ancaq pul ya verilmir, ya da il ərzində yubadılaraq 12 ay ərzində yeddi ayın pulu ödənilir. Əgər istintaq dövründə belə halların olduğu aşkar ediləcəksə, real olaraq işləyən, ancaq pul almayan şəxslər mülkü qaydada məhkəməyə müraciət edib almadıqları pulu geri tələb edə bilərlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol