• $
  • €
  • ₽
  • ₺
  • £

Ümumdünya Ticarət Təşkilatına üzvlük bizə lazımdırmı?

Ümumdünya Ticarət Təşkilatına üzvlük bizə lazımdırmı?
30.12.2019 09:37
Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunlarına dair müsahibə verib. Müsahibədə bir çox məsələlərə toxunan prezident, Azərbaycanın Ümumdünya Ticarət təşkilatına üzv olmasi ilə bagli məsələyə də toxunub.

Prezident bildirib ki, Azərbaycanın ümumdünya ticarət təşkilatına üzv olmasi xeyli problemlərə yol aça bilər.

İqtisadçı Vahid Əhmədov deyir ki, dövlət başçısının da dediyi kimi, ÜTT girməyin müsbət və mənfi tərəflərı var.

Onun sözlərinə görə, ümumdünya ticarət təşkilatına üzv olmaq, Azərbaycanın daxili bazarında müəyyən problemlərə yol aça bilər.
 
 

"Azərbaycana idxal olunan elə məhsullar ola bilər ki, o Azərbaycanda da istehsal olunsun və daxili bazarda müəyyən problemlərə səbəb olsun. Burada idxal zamanı gömrük rüsumları məsələsi də var ki, bu da problemlərə yol aça bilər. Ümumilikdə isə, üzv olanda hansısa güzəştlərin tətbiqi məsələsi var ki, bu da nə qədər real və sərfəli olacaq bilinmir. Ümumdünya ticarət təşkilatına üzv olmağın yaxşı tərəfi isə ondan ibarət olacaq ki, daxili bazarda monopoliya, inhisarçılıq aradan qalxacaq və Azərbaycanın Avropa İttifaqına üzvlük məsələsinin önündə dayanan ən ciddi məsələlərdən biri də həllini tapacaq", - deyə iqtisadçı Vahid Əhmədov bildirib.
 
İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, ümumdünya ticarət təşkilatı ölkələrə xeyli imtiyazlar verir və Azərbaycanın ora üzv olması çox önəmlidir.

Onun sözlərinə görə, ümumdünya ticarət təşkilatına üzv olan ölkələrə əgər inkişaf etmiş olkədisə 5%-lik, inkişaf etməkdə olan olkədirsə 10%-lik müxtəlif güzəştlər tətbiq olunur.
 
 

"Azərbaycanın bu təşkilata üzv olmamasının heç bir iqtisadi motivi ola bilməz. Bunu ancaq siyasi səbəblərlə izah edə bilərik.  Çünki Ümumdünya ticarət təşkilatı ona üzv olan ölkələrdən müyyən islahatların həyata keçirilməsini istəyir, monopoliyanın aradan qaldırılması, bank sektorunun liberallaşdırılması və ümumiyyətlə iqtisadiyyatın liberallaşdırılması tələbini qoyur ki, görünür hələlik Azərbaycan tərəfi buna hazır deyil", - deyə iqtisadçı bildirib.

Rövşən Ağayev deyir ki, arqumentlərdən biri də odur ki, Ümumdünya ticarət təşkilatına üzv olmaq kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların dayandırılmasına səbəb ola bilər, lakin, bu belə deyil.

"Ümumdünya ticarət təşkilatı kənd təsərrüfatını 3 səbətə bölür, bunlardan ancaq sarı deyilən səbətdə deyir ki, birbaşa subsidiyaların həcmi, kənd təsərrüfatı istehsalının ümumi maya dəyərinin 10%-ni təşkil etməlidir. Bizdə isə kənd təsərrüfatı istehsalının maya dəyəri 6 milyard manatdır ki, bunun da 10%-i 600 milyon manat edir. Dövlət isə kənd təsərrüfatına 500 milyon manata qədər subsidiya qoyur və hətta 100 milyon manat da artırmaq imkanı yaranır. Yəni, bu baxımdan hansısa çətinlik yaşana bilməz. Vergi güzəştləri ilə də bağlı problem ola bilməz, ümumdünya ticarət təşkilatı imkan verir ki, təşkilatın üzvü ola-ola da kənd təsərrüfatını stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq edilsin", - deyə iqtisadçı bildirib.

Rövşən Ağayev əlavə edib ki, Azərbaycanın ümumdünya ticarət təşkilatına üzv olmamasının səbəblərindən biri də, vətəndaş cəmiyyətinin bu məsələ ilə bağlı konkret işlər görməməsi, hökumətə təkliflər göndərməmsidir və onlar da bu məsələdə aktiv olmalıdırlar. 


Həzi
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol