• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yaşayan qaçqını imtahana niyə buraxmırlar

Bakıda yaşayan qaçqını imtahana niyə buraxmırlar
26.12.2019 23:12
Rusiya vətəndaşı Hamzat İzrailov 10 ildir ki, qaçqın kimi Azərbaycanda yaşayır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi onu himayəyə götürüb.

Bizimyol.info xəbər verir ki, Hamzat İzrailov Azərbaycanda imtahan verib, sürücülük vəsiqəsi almaq istəyir. Amma onu imtahana buraxmırlar. Baş Dövlət Yol Polisi İdarəsindən ona rəsmi məktubla bildirilib ki, imtahana buraxılması üçün şəxsiyyət vəsiqəsi olmalıdır.
Hamzat İzrailov deyir ki, idarəyə Rusiya pasportunu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından verilmiş "Qaçqının himayə vəsiqəsi”ni, Azərbaycanda qeydiyyata alınması barədə arayışı, sürücülük kurslarında iştirakını təsdiqləyən şəhadətnaməni, tibbi arayışı və rüsum ödənişi haqda qəbzi idarəyə təqdim edib. Amma bu sənədlər yetərli sayılmayıb.
Bu üzdən də Hamzat İzrailov məhkəməyə üz tutub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onu haqlı sayıb və iddiasını təmin edib. Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə öhdəlik qoyulub ki, onu imtahana buraxsınlar.
İdarə isə öz mövqeyində israrlı olub və bu qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi də həmin şikayət əsasında qərarı ləğv edib. Yeni qərarda yazılıb ki, Miqrasiya İdarəsi onu qeydiyyata alsa da,
"Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd"i yoxdur. Bu üzdən sürücülük imtahanına buraxılmaması üçün yol polisinin göstərdiyi səbəb əsaslıdır.
Bu qərardan da Hamzat İzrailov Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmədə İlqar Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası onun şikayətinə baxıb. Çıxarılan qərar isə Bakıda imtahan verib, sürücülük vəsiqəsi almaq istəyən əcnəbinin əleyhinə olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol