• $
  • €
  • ₽
  • ₺
  • £

Məmur olmaq istəyənlərə ŞAD XƏBƏR

Məmur olmaq istəyənlərə ŞAD XƏBƏR
27.12.2019 11:06
İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dekabrın 22-də keçirilən imtahanda iştirak edən ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatlar açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir.
 
İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.
 
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1817 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 746 nəfər imtahanı müvəffəqiyyətlə verib.
 
İmtahanda iştirak edənlərdən 450 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.
 
Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.
 
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 69 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 21 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.
 
Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 323 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 58 nəfər müvəffəqiyyət əldə edib.
 
İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 58 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 13 nəfər uğur əldə etdib.
 
Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 838 nəfər (37.0%) müvəffəqiyyət əldə edib.
 
Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. 
 
Müsahibə elanları mütəmadi olaraq DİM-in saytında yerləşdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol