• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov idarə rəisini işdən qovdu – “CİNÇIXARMA ƏMƏLİYYATI” - VİDEO

Kəmaləddin Heydərov idarə rəisini işdən qovdu – “CİNÇIXARMA ƏMƏLİYYATI” - VİDEO
27.12.2019 14:30
Keçmiş Vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində fəaliyyət göstərən ekstrasenslərdən ibarət xüsusi qrup barədə yeni, sensasion detallar üzə çıxıb.

BakuPost xatırladır ki, bu qrup haqqında məlumatı özünü ekstrasens kimi təqdim edən Elman Əliyev adlı şəxs jurnalist Natiq Ədilova müsahibəsində bildirib və dediklərini sübut edən videolar təqdim edib.

Onun sözlərinə görə, Vergilər Nazirliyindəki ekstrasenslərdən ibarət qrupa 22 nəfər daxil olub. Onların vəzifəsi nazirliyi mistik qüvvələrdən qorumaq, qurumun idman komandalarının qələbəsinə yardım etmək olub.

Elman Əliyev bildirib ki, bütün bunlar Fazil Məmmədovun göstərişi ilə edilib. O hətta şəxsən keçmiş nazirlə bir neçə dəfə görüşdüyünü bildirib.

BakuPost Elman Əliyevin təqdim etdiyi videolarda görünən şəxslərin kimliyi barədə araşdırma apardıqda maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, həmin bu magik rituallarda təkcə Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak etməyib.

Fazil Məmmədovun ekstrasenslərdən ibarət qrupunun Atəşgah məbədində həyata keçirdiyi "əməliyyatda” Fövqəladə Hallar Nazirliyinin polkovniki də iştirak edib. Təqdim etdiyimiz şəkillərdə işarələnən bu şəxs FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Bağırov Samir İsa oğludur.

Polkovnikin bu tədbirlərdə tez-tez iştirak etdiyi bildirilir.

Məlumata görə, bu videolar yayıldıqdan sonra Fövqəladə Hallar naziri Kamaləddin Heydərov məsələni nəzarətə götürüb və polkovniki cəzalandırıb. Belə ki, həmin şəxs vəzifədən azad edilərək, təqaüdə göndərilib.

FHN polkovnikinin yer aldığı həmin "cinçıxarma əməliyyatı” videosunu təqdim edirik:



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol