Bu xiyar- pomidoru alıb zəhərlənirik - FOTO

Adətən qış aylarında insanların xiyar və
pomidora tələbatı az olur. Həm baha olduğundan, həm də qış tərəvəzi olmadığına
görə alıcıları bunlara çox meyllənmir və bu məhsullar piştaxtalarda qalır. Bəs
parniklərdə yetişdirilən bu tərəvəzləri əslində necə saxlamaq lazımdır?
Anews.az-a şikayət edən və adının çəkilməsini istəməyən vətəndaş xiyar və pomidorun tez xarab olmasından narazılıq edir. O bildirir ki, artıq bununla necənci dəfədir xiyar alır və bir gün sonra həmin xiyarlar acı-zəhər daddığı üçün onu atmağa məcbur olur. Belə həm pulu israf olur, həm də orqanizminin bu dərmanlı tərəvəzlərdən zəhərləndiyini hesab edir. Şikayətçinin sözlərinə görə, o bu xiyarları Bakıda yerləşən meyvə-tərəvəz mağazalarından alır və həmin məhsulların yerli olduğu bildirilir.
Meyvə-tərəvəz
mağazasında çalışan satıcı isə deyir ki, belə hallar daha çox qış fəslində baş verir.
Tərəvəzçilik
Elmi – Tədqiqat institunun direktoru Elmar Allahverdiyevin fikrincə,belə hallar
bir neçə səbəbdən ola bilər.
"İlk
növbədə tərəvəzləri analiz etmək lazımdır ki , bu tərəvəzlər hansı səbəbdən bu
hala düşüb. Ən böyük faktor budur ki, xiyarda olan acılıq bir necə səbəbdən yarana bilər. Birinci bu genetik
xüsusiyyətdən irəli gələ bilər, ikinci səbəb isə yetişdirmədə problem ola bilər. Ola bilər ki, gübrə düzgün qaydada veilməyib və azotun miqdarı artıq düşdüyü üçün belə hal
baş verib. Onu da qeyd edim ki, azotun
miqdarı çox olan zaman tərəvəzdə bu acılıq təzə yığanda hiss olunmur , bir
neçə gün sonra özünü göstərir
Ümümiyyətlə bizə xiyar və pomidordan zəhərlənmə barəsində hər hansı bir şikayət daxil olmayıb. Amma bizdə xüsüsi bir cihaz var ki, hansı ki, biz onunla məhsullarda olan dərmanın miqdarını normadan nə qədər çox olmasını ölçə bilirik. Bizə xiyarın acı zəhər dadması haqqında deyil, xiyardan balıq dadı gəlməsi barəsində məlumat daxil olub. Əgər acı zəhər dad gəlirsə mütləq bu barədə AQTA-nın qaynar xəttinə məlumat verilməlidir və bu barədə ölçü götürülməlidir, - deyə Eyyub Hüseynov bildirdi.
Qeyd
edək ki, 2019 –cu il də qida zəhərələnməsi ilə bağlı Azərbaycan Qida TƏhlükəsizliyi
Agentliyinə 485 müraciət daxil olub. Onlardan 166 vətəndaşa qidadan zəhərlənmə diaqnozu qoyulub.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























