• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil haqqı nə zaman ödənilməlidir?

Təhsil haqqı nə zaman ödənilməlidir?
29.05.2020 04:42
Dünən ali məktəblərə qəbul olanların adları açıqlandı. Nəticəyə görə, ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Ödənişli əsaslarla qəbul olmuş abituriyentlər qeydiyyatdan keçərkən təhsil haqqını da ödəməlidir.ANN.Az xəbər verir ki, modern.az bəzi ali təhsil müəssisələri arasında təhsil haqqını necə tələb etməkləri ilə bağlı sorğu keçirib.Azərbaycan Dövlət Neft Akademiyası:“Ödənişli əsaslarla qəbul olan tələbələr qeydiyyatdan keçərkən birinci il tam ödəniş etməlidirlər. Növbəti illərdə hissə-hissə də ödəniş edə bilərlər”.Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova:“Bizdə tələbə qeydiyyatdan keçərkən birinci il ondan ödənişi tam ödəmək tələb olunur. Ancaq tələbə növbəti illərdə hissə-hissə ödəniş edə bilər”.Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev:“Universitetimizə ödənişli əsaslarla daxil olmuş tələbəyə qeydiyyatdan keçərkən təhsil haqqının əlli  faizini ödəmək, 50 faizini  isə ikinci semestrdə ödəmə imkanı verilir. Bu sistem növbəti illərə də şamil edilir”.Bakı Slavyan Universiteti:“Yeni qəbul olanlar qeydiyyatdan keçərkən ödənişi tam ödəməlidir. Həmin məbləğ növbəti illərdə yarıbayarı ödənilə bilər”.Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov:“Pedaqoji Universitetə ödənişli əsaslarla qəbul olan tələbələr birinci il təhsil haqqını tam ödəyirlər. Sonrakı illərdə isə onların təhsil haqqını hissə-hissə ödəməsinə imkan yaradılır”.Azərbaycan Dövlət İqtisad Universiteti:“Tələbələr birinci il təhsil haqqını tam ödəməlidirlər. Sonrakı illərdə isə hissə-hissə ödəyə bilərlər”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol