• $
  • €
  • ₽
  • ₺
  • £

KİV: Tramp Pompeonun vəzifəsinə yeni namizədlər axtarır

KİV: Tramp Pompeonun vəzifəsinə yeni namizədlər axtarır
27.12.2019 21:30
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın dövlət katibi Mayk Pompeonun Kanzas ştatından Senat seçkilərində iştirak etmək üçün vəzifəsini tərk edəcəyi təqdirdə dövlət katibi vəzifəsinə namizəd axtarır.

APA xəbər verir ki, bu barədə cümə axşamı "The Washington Post” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Pompeonun gələn il Senata namizəd ola biləcəyi barədə şayiələr uzun müddət Vaşinqtonda olub. Pompeonun özü bundan əvvəl bu məlumatı təkzib etmişdi. Nəşr yazır ki, dövlət katibinin əhatəsində olan şəxslərin sözlərinə görə, o, bu məsələ ilə bağlı son qərarını verməyib.

Qəzetin yazdığına görə, bu qeyri-müəyyənlik bir sıra Vaşinqton məmurlarını dövlət katibinin kürsüsünə yaxından baxmağa məcbur edib və Tramp Pompeonun sonda hansı qərar verdiyini bilmədən millət vəkilləri və digər rəsmi şəxslərlə müzakirələrdə Dövlət Departamentinin rəhbəri vəzifəsinə potensial namizədlərin adlarını sıralamağa başlayıb.

"The Washington Post” qəzeti bu yerdə qeyd edir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen və eyni zamanda maliyyə naziri Stiven Mnuçin tez-tez M.Pompeonun mümkün varisləri adlandırılır. Bundan əlavə, Tramp ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin, Pompeonun birinci müavini Stiven Biqanın, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Hukun, senatorlar Marko Rubio və Tomas Kottonun namizədliyi barədə də düşünür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol