• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda icbari tibbi sığorta bu rayonlardan başlayacaq - TARİXLƏR - SİYAHI

Azərbaycanda icbari tibbi sığorta bu rayonlardan başlayacaq - TARİXLƏR - SİYAHI
29.05.2020 04:59
Nazirlər Kabineti "İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” qərarın izahını verib.

Anews.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

"Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilən son dəyişikliklərə əsasən, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin müvafiq Qərarı həmin mərhələləri müəyyən edir və ölkənin şəhər və rayonlarında icbari tibbi sığortaya keçidin konkret müddətlərini dəqiqləşdirir. Qərarda bu prosesin aşağıdakı göstərilən 4 mərhələdə aparılması və 2020-ci ildə tamamlanması nəzərdə tutulub:

1. 2020-ci ilin yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında (əhali sayı 2,234,800 nəfər);

2. 2020-ci ilin aprel – iyun aylarında Gəncə, Naftalan və Xankəndi şəhərlərində, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında (əhali sayı 2,113,400 nəfər);

3. 2020-ci ilin iyul – sentyabr aylarında Şirvan şəhərində, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında (əhali sayı 1,844,100 nəfər);

4. 2020-ci ilin oktyabr – dekabr aylarında Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (əhali sayı 2,833,200 nəfər).

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli qaydada tətbiqi vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, ambulator və stasionar, o cümlədən dəyəri yüksək olan həyati vacib tibbi xidmətlərin göstərilməsinin daha effektiv tənzimlənməsini və ölkənin icbari tibbi sığortaya tam hazırlıqlı olmasını təmin edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol