Xüsusi məktəbdə bayram tədbiri

Bakıdakı
268 nömrəli xüsusi məktəbdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram
tədbiri keçirilib.
Dövlət
himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin
direktoru Seyfəddin Mustafayev xüsusi təhsilin inkişafı istiqamətində ardıcıl və
məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Çıxışı zamanı direktor xüsusi
təhsil məktəbinin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 268 nömrəli
xüsusi məktəb 2017-ci
il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə
istifadəyə verilib. Məktəb direktoru təhsil ocağında sağlamlıq imkanları məhdud,
xüsusi qayğıya ehtiyacı olan 852 şagirdin təhsil aldığını, onlardan 231-nə məktəbdə,
621-nə isə evlərində fərdi qaydada dərs keçirildiyini qeyd edib.
R.Tağıyev
ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan
uşaqlara göstərilən diqqət və qayğıdan da danışıb. İdarə müdiri xüsusi
qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, bu
kateqoriyadan olan uşaqların tədris şəraitinin yaxşılaşdırılması, təhsil
problemlərinin həlli istiqamətində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırıb. Həmçinin R.Tağıyev Heydər
Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən
məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili,
onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
istiqamətində məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar
üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya
yenidən qurulduğunu bildirib.
İdarə
müdiri çıxışı zamanı sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini
gücləndirmək məqsədilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında
sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət
Proqramı”nın uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli
mühit yaratdığını da qeyd edib.
Sonra çıxış edənlər tədbir iştirakçılarını qarşıdan
gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen il münasibətilə
təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Bildiriblər
ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların hər birinin sağlamlığına və
yaşam tərzinə qayğı ilə yanaşmaq təkcə dövlətin yox, hər kəsin vətəndaşlıq
borcudur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























