• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri öz qərarını ləğv etdi

Komitə sədri öz qərarını ləğv etdi
28.12.2019 23:23
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının "Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu” və "Ölkədaxili övladlığa götürmə ilə bağlı məlumatların verilməsi” üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə 2013-cü il 15 aprel tarixli qərarı ləğv edilib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qərar imzalayıb.

Qərarın icrasına nəzarət Komitənin sədr müavini Sədaqət Qəhrəmanovaya tapşırılıb.

Qərar dekabrın 28-dən qüvvəyə minib.

Prezident bu ilin iyulunda imzaladığı fərmana əsasən "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.13-cü, 8.14-cü, 8.14-1-ci və 9.8-ci bəndləri ləğv edilib.

Qeyd edək ki, Əsasnamənin 8.13 bəndi Komitənin valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu aparmaq istiqamətində vəzifələrini müəyyənləşdirirdi.

Həmçinin Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmağı nəzərdə tuturdu.

Sənədin 8.14-cü bəndində isə göstərilirdi ki, Komitə Nazirlər Kabinetinə məlumat verməklə, Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirməlidir.

8.14.1-ci bəndində isə qeyd olunurdu ki, Komitə ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş ölkə vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri haqda Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.

9.8-ci bənd isə Komitə qarşısında belə hüquq qoyurdu ki, Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyən etsin.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol