• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yaşayan azərbaycanlılara ŞAD XƏBƏR

Türkiyədə yaşayan azərbaycanlılara ŞAD XƏBƏR
29.12.2019 10:38
"Türkiyədə sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması ilə bağlı məsələdən xəbərdarıq və bunun üzərində işləyirik”.
Anews.az  xəbər verir ki, bunu "Report”un Türkiyə bürosuna açıqlamasında Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, mövcud problemlə bağlı müvafiq addımlar atılacaq: "Məsələdən məlumatımız var. Bunun üzərində işləyirik. Türkiyə hökumətinin ümumi köç siyasəti çərçivəsində işlər aparırıq. Azərbaycan bizim canımız, azərbaycanlılar bizim qardaşlarımızdır. Heç narahat olmayın. Bu məsələ yaxın zamanda öz həllini tapacaq”.
Qeyd edək ki, Türkiyədə, xüsusilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması məsələsi xeyli müddətidir gündəmdədir. Belə ki, bir müddət öncə təxmini sayı mindən çox olan, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu yaradılıb, bu ailələrinin siyahıya alınmasına başlanılıb və məsələnin mərhələli həllinin reallaşacağı barədə məlumat verilib.
Hətta Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi belə vətəndaşlarının Türkiyədəki qeyri-leqal miqrant həyatından qurtulması üçün ilk cəhdləri də göstərib. Sentyabrın sonlarında Azərbaycandan olan qeyri-leqal miqrantların İstanbulun müxtəlif səmtlərində kompakt yaşadıqları bölgələrdə silsilə görüşlər keçirilib. Bundan başqa Azərbaycanın Xarici və Daxili işlər İşlər nazirlikləri, Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Miqrasiya Xidməti, Təhsil Nazirliyi, "ASAN Xidmət”in də daxil olduğu 13 dövlət qurumunun mütəxəssisləri problemin araşdırılmasına yönləndiriliblər.
Digər tərəfdən, 2020-ci ildən etibarən Türkiyənin Köç İdarəsi türkdilli ölkələrdən gələn və turist vizası ilə Türkiyədə məskunlaşan vətəndaşların qeydiyyatının uzadılmayacağı barədə məlumatlar yayılıb. Bununla bağlı yeni qaydaların tətbiq ediləcəyi gözlənilir. Belə ki, türkdilli ölkələrdən gələn və Türkiyədə oturum alan (yaşamaq hüquqi) vətəndaşlar üçün sadəcə ilk il üçün keçərli olan turistik oturumun veriləcəyi məsələsi bu sahədə qanunların daha da, sərtləşəcəyindən xəbər verir. Bununla bərabər, Türkiyədə ümumiyyətlə heç bir sənədi olmadan qeydiyyatsız yaşayan azərbaycanlı ailələr 2020-ci ildə onları gözləyən qeyri-müəyyən vəziyyətdən çox narahatdılar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol