• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən QƏRAR

Baş nazirdən QƏRAR
29.05.2020 07:04
"Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası”ı təsdiq edilib.
 
Modern.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov tərəfindən təsdiq edilən Qaydalara əsasən, Dövlət Gerbinin təsviri "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsi ilə müəyyən edilən binalarda yerləşdirilərkən, birmərtəbəli və çoxmərtəbəli binaların memarlıq xüsusiyyətləri aşağıdakı qaydada nəzərə alınmalıdır:
 
Birmərtəbəli binada Dövlət Gerbinin təsviri (diametri 0,5 metr olmaqla) binanın əsas girişi tərəfindən örtük səviyyəsində və ya frontonunda və ya binanın giriş günlüyünün üzərində yerləşdirilir;
 
hündürlüyü 20 metrədək olan iki, üç, dörd, beş mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1 metrdən 1,5 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;
 
hündürlüyü 30 metrədək olan altı, yeddi, səkkiz, doqquz mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1,5 metrdən 2,0 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;
 
hündürlüyü 30 metrdən yuxarı olan çoxmərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində (diametri 3,0 metr və daha çox olmaqla) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol