• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zəhərli içkidən ölənlərlə bağlı bu restoranlar bağlandı

Bakıda zəhərli içkidən ölənlərlə bağlı bu restoranlar bağlandı
30.12.2019 13:25

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son zaman içkidən zəhərlənmə ilə bağlı məsələ münasibət bildirib. 


Oxu.Az-ın məlumatına görə, sədr keçirdi mətbuat konfransında bildirib ki, "BAKU City” kafesində dekabrın 23-də məlumat daxil olub:


"Həmin vaxtdan AQTA-nın ekspertləri və respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələr aparılıb. İki saat ərzində "Chivas Regal 12” saxtalaşdırılmış kustar şəkildə istehlaka verilən içkini tərkibində metil spirti 76,6 faiz aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir.

 Hüquq mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlər başlayıblar. "Baku City”, "Everest”, "Piano”, "Madonna” restoranlarında və Abşeron qəsəbəsində bir evdə zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb. 

"Baku City” və "Everst” fəaliyyəti məhdudlaşdırılıb. Hazırda "Piano” və "Madonna”da araşdırma aparılır. 
"Hashdag” restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır.


"Ötən gün "Madonna” restoranında bir ailənin üzvləri də viskidən zəhərlənib. Bu da insan orqanizmi üçün çox zərərlidir. Təəsüf ki, ictimai iaşə obyektlərinin sahibləri həll də kustar üsulla hazırlan içkiləri insanlara təqdim edir”. 


Q.Təhməzli sahibkarlara müraciət də edib. O bildirib ki, ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran, kafelərin rəhbərləri müraciət edirlər:


"Bu cinayət işidir. Bu içkinin saxtalaşdırılması faktı texniki spirt olan metanolun Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayə götürülən evdə hazırlandığı aşkar edilib. İctimai iaşə obyektlərinin sahibləri də Məsuliyyətəini dərk etməyərək onlarla bağlı həmin şəxslər cinayətdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir.

Obyektlərin sayı 5-10 olsa da, aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Sahibkarlar öz məsuliyyətlərini dərk etməyə çağırıram”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol