• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR

Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR
31.12.2019 09:22
Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir.

"Ölkə.Az" Xəzər TV-yə istinadla xəbər verir ki, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq. İqtisatçı ekspert Vüqar Bayramovun sözlərinə görə, mənzillərin satılması qaydalarında elə şərtlər var ki, bu şərtlər bəzi vətəndaşlar üçün bir sıra çətinliklər yarada bilər. İqtisatçı ekspert bununla bağlı bəzi təkliflər verib.

Kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr və qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər. Məsələn, şərtlərdən birinə əsasən müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq.

Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.

İqtisatçı ekspert Vüqar Baramovun sözlərinə görə, 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşların çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat öhdəliklərinin artması əsas problem idi.

Problemli kreditlərə güzəştlər tətbiq olunmasından sonra sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan hesab edilmir. Gəlcəkdə bir sıra çətinliklərin yaranmaması üçün Vüqar Bayramlı müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilməsini təklif edir.

Digər Şərtlərə əsasən ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tariçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək.

Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50 %-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləgi kifayət qədər böyük olur.

Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni, hər iki qrupda xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Belə çıxır ki, ailəli vətəndaşlar üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır.
Vüqar Bayramovun sözlərinə görə,başqa bir çətinlik isə məhkumluğu olan vətəndaşların müraciət edə bilməməsi ilə bağlıdır. Təklif edilir ki, bu məhdudiyyət tələbləri də aradan qaldırılsın.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol