• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Ukrayna qaz tranziti ilə bağlı müqavilə imzalayıb

Rusiya və Ukrayna qaz tranziti ilə bağlı müqavilə imzalayıb
31.12.2019 22:30
Rusiya və Ukrayna 5 günlük danışıqlardan sonra yanvar ayının 1-dən Rusiya qazının Ukrayna vasitəsi ilə tranzitini təmin edən sənədlər paketini imzalayıb.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Qazprom”un rəhbəri Aleksey Miller jurnalistlərə açıqlamasında deyib.

"Beş günlük fasiləsiz ikitərəfli danışıqlardan sonra Vyanada yekun qərarlar qəbul olunub və final razılıq mərhələsi əldə edilib. Eyni vaxtda bir sıra razılıq toplusu, müqavilələr imzalanıb və bu razılıqlar həqiqətən də iki tərəf arasında maraqları tarazlayan böyük saziş paketini təşkil edir. Bu gündən etibarən bu sənədlər hüquqi gücə malikdir və 31 dekabr 2019-cu ildən sonra Rusiya qazının Ukrayna ərazisindən daşınmasını təmin edir”, - Miller belə deyib.

Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müqavilə beş il müddətinə imzalanıb. Kiyev bu müddət ərzində 7 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırır.

Ukraynalı prezident onu da əlavə edib ki, sənəd birinci ildə 65 milyard kubmetr yanacaq, növbəti illərdə isə 40 milyard kubmetr qaz nəqlini nəzərdə tutur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol