• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 1 milyon adam eyni anda küçəyə çıxdı - REKORD

Bakıda 1 milyon adam eyni anda küçəyə çıxdı - REKORD
02.01.2020 12:18
Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib.
 
Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata əsasən, Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə 1 milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb. Əvvəlki illərdən fərqli olaraq, builki şənliklərdə paytaxtda daha çox qonaq qeydə alınıb.
 
İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.
 
Qeyd edək ki, paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Bulvar, əsas magistral yol və prospektlər, yol kənarları bayramsayağı bəzədilib və işıqlandırılıb.
 
Parklarda yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.
 
Keçirilən bayram tədbirlərinin kulminasiyası Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən atəşfəşanlıq olub ki, rekord sayda sakin və şəhərin qonaqları bura qatılaraq onu izləyiblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol