• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi şirkətləri qiymətləri ikiqat artırıblar - VİDEO

Taksi şirkətləri qiymətləri ikiqat artırıblar - VİDEO
02.01.2020 12:35
Bayram günü, konkret olaraq dekabrın 31-də taksi şirkətləri qiymətləri ikiqat artırıb.

Sosial şəbəkələrdə bu cür xeyli sayda şikayət görmək mümkündür.

Tamaşaçılardan biri isə "Xəzər Xəbər"ə taksi şirkətindən gələn mesajı göndərib.
 
O qeyd edib ki, ötən gün metronun "Həzi Aslanov" stansiyasının yaxınlığından "Xətai" stansiyası istiqamətinə getmək üçün taksi sifariş verib. Bu sifariş ona 6 manat 40 qəpiyə başa gəlib. Halbuki, normal vaxtlarda gedişhaqqı bundan 2 dəfə aşağı olur.

Biz də bu gün həmin taksi şirkəti ilə əlaqə saxlayaraq metronun "Həzi Aslanov" stansiyasından "Xətai" stansiyasına getmək istədiyimizi bildirdik. Amma gedişhaqqı ötən günkündən xeyli aşağı oldu.

Şirkətin operatoru ötən gün qiymətlərin Bayrama görə yüksək olduğunu etiraf etdi.

Başqa bir taksi şirkətindən isə onlarda gecə və gündüz tariflərinin, eləcə də bayram günlərində qiymətlərin fərqli olduğunu bildirdilər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qiymətlərin gecə və gündüzə görə dəyişdirilməsi, eləcə də bayram günlərində artırılması düzgün deyil.
 
Hazırda taksi fəaliyyəti sahəsində pərakəndəlik var. Agentlik bu pərakəndəliyin aradan qaldırılması istiqamətində layihə hazırlayıb.

Taksi fəaliyyəti sahəsindəki pərakəndəlik mərhələli şəkildə həll olunacaq.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol