• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd nəfərin öldüyü qəza ilə bağlı yeni məlumatlar üzə çıxdı

Dörd nəfərin öldüyü qəza ilə bağlı yeni məlumatlar üzə çıxdı
02.01.2020 13:23
Şirvan şəhərində "Hyundai Santafee" markalı avtomobillə üç qadın sərnişin və sürücünün dünyasını dəyişməsi ilə baş vermiş qəzanın bəzi detalları üzə çıxıb.
 
Məlum olduğu kimi, həmin hadisə ilə bağlı cinayət işi açılaraq araşdırma aparılır.
 
Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, sürücünün hərəkət etdiyi orta sürət 110 km/saat sürət olub.
 
Bu o deməkdir ki, sürücü bəzi ərazilərdə 60-70 km saat sürətlə hərəkət etmiş olsa da belə, bəzi yerlərdə hərəkət sürətini 160-170 km saat sürətə kimi yüksəldib. Qəza olan anında isə avtomobilin sürəti 110 km/saatdan artıq olub. 

Kamera görüntüləri ilə aparılan müşahidələr başqa məqamları da ortaya çıxarıb. Təxminən 10-a yaxın baxılan görüntüdə sürücünün mobil telefondan istifadə etdiyi və yaxud da telefonu əldə saxladığı əksini tapıb. Hal hazırda araşdırmalar davam edir.

Bu hadisə bir daha sürücülərin sükan arxasında diqqətli olmasını, sürət həddini aşmamasını və mobil telefondan istifadə etməməsini gündəmə gətirir. 

Onu da qeyd edək ki, qəza baş verən ərazidə yolun bir neçə hissəsi çökərək yararsız hala düşüb. Həmin yolda yüksək sürətlə hərəkət edən nabələd sürücülər çökmüş yola daxil olan zaman avtomobil idarəetmədən çıxaraq qəzaya səbəb olur.
 
Bununla bağlı Şirvan şəhər sakinləri avtosfer.az-a müraciət edib və biz bu  məsələni işıqlandırmışıq.

Ümid edirik ki, aidiyyəti qurumlar həmin ərazidə təcili tədbirlər görəcək.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol