Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Mail Habil oğlu Manafovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Rafiq Süleyman oğlu Paşayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili toqquşub.
Nəticədə "VAZ-2107"nin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Maşında sıxılmış vəziyyətdə qalan meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























