Bakıda klinika sahibinin oğlu işçini döyə-döyə öldürüb - TƏFƏRRÜAT

Bakıda klinika gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.
Anews.az "report”a istinadən xəbər verir ki, döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev "Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.
M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin "infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.
Dərhal Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
H.Rəhimli tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























