Bakıda metroda problem: Sərnişinlər qatardan boşaldılıb

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar "Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.
Anews.az "Report”a istinadən xəbər verir ki, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.
"Həzi Aslanov” - "Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən "İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.
"İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib