• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əhalini kütləvi cərimələr gözləyir - SƏBƏB

Azərbaycanda əhalini kütləvi cərimələr gözləyir - SƏBƏB
28.05.2020 21:04
"Daşınmaz əmlakın icbari sığortası haqqında” qanunun tətbiqinə moratorium (ləngitmə, təxirəsalma) qoyulmalı və ya onun icrası dayandırılmaldır.
 
Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığa gətirib çıxara bilər”.

Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

İqtisadçı bildirib ki, Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən "Daşınmaz əmlakın icbari sığortası haqqında” qanun yanvarın 1-dən tətbiq olunmağa başlayıb:

"Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır. Bir illik icbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə (469.1-ci maddə) əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə 30 manat təşkil edir.
 
Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq.
Hazırda 22 sığorta və təkrarsığorta şirkətini fəaliyyət göstərir.
 
Ölkədə 2019-cu ilin oktyabr ayının 1-ə olan məlumata görə, mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 205 1330-a çatır. Bu isə o deməkdir ki, daşınmaz əmlakın sığortası bütün şirkətlər üzrə bərabər paylanarsa, hər bir şirkətə orta hesabla 93 242 sığorta müqaviləsi imzalamaq lazımdır.
 
Qısa zaman ərzində bu qədər müqaviləni imzalamaq üçün infrastruktura və işçi potensialına malik olmayan sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər”.

Q.İbadoğlu təklif edir ki, kütləvi cərimələnmə hallarının qarşısını almaq üçün sığorta müqaviləsinin "on-line” müraciət sistemi yaradılmalıdır:

"İnternet üzərindən həyata keçirilən sifarişlər qısa zamanda icra olunmaqla daşınmaz əmlakın icbari sığortasına dair şirkətlər tərəfindən imzalanan müqavilələr qarşı tərəfə poçt vasitəsilə çatdırılmalıdır.
 
Təklif edirəm ki, bu sistem qurulanadək "Daşınmaz əmlakın icbari sığortası haqqında” qanunun tətbiqi təxirə salınsın. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər.
 
Çünki şirkətlərin korporativ maraqlarını təmin edən bu qanun qısa bir zamanda ev təsərrüfatlarının xərclərini 80 milyon manatdan çox artıra bilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol