• $
  • €
  • ₽
  • ₺
  • £

FHN “EuroHome”la bağlı qərar verdi

FHN “EuroHome”la bağlı qərar verdi
03.01.2020 19:37
"Qanunvericiliyin tələbləri pozulduğuna görə "EuroHome” tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmasına qərar verilib”.

Anews.az-ın məlumatına görə, bunu "APA"ya FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev deyib.
O bildirib ki, Yanğın Təhlükəsizliyi Norma və Qaydalarına əməl olunmaması "EuroHome”da baş vermiş yanğın hadisəsinin qısa zaman kəsiyində geniş sahəyə yayılmasına, obyektin sahibinə və ticarət sahələrini icarəyə götürmüş şəxslərə külli miqdarda maddi ziyanın dəyməsinə səbəb olub.
E. Babayevin sözlərinə görə, digər yanğına qarşı tələblərlə yanaşı, Tikinti Norma və Qaydalarına uyğun olaraq, ölçüləri və təyinatı nəzərə alınaraq ayrı-ayrı ticarət sahələri vahid dam altında olduğu təqdirdə, onlar biri-birindən yanğına qarşı sədlərlə ayrılmalıdır ki, baş verən yanğın zamanı bir sahədən digər sahələrə yanğının yayılma ehtimalı minimum olsun.
Şöbə rəisi qeyd edib ki, bu normativ tələb obyektin layihə sənədlərində nəzərdə tutulmalı və inşası zamanı nəzərə alınmalı idi: "Lakin Yanğın Təhlükəsizliyi haqqında Qanuna uyğun olaraq, obyektin sahibi tərəfindən layihə sənədləri yanğın təhlükəsizliyi baxımından ekspertiza olunması üçün DYNX-yə təqdim olunmayıb, tikintisi və istismarı Xidmətlə razılaşdırılmadan həyata keçirilib. Həyatın hər sahəsində insan başına gələndən dərs çıxarırsa, bəlanın səbəbini analiz edib səhvlərini düzəldirsə, özünü növbəti bəlalardan mühafizə etmiş olur, riski minimuma endirir. "EuroHome”un misalında isə biz bu məntiqin əksinin şahidi olmaqdayıq. Hazırda "EuroHome”un yanğından yararsız vəziyyətə düşmüş sahələrində tikinti-quraşdırma işləri aparılmaqdadır. Hadisədən bir aydan az müddətinin keçməsinə baxmayaraq, baş vermiş yanğın hadisəsindən obyektin rəhbərliyi tərəfindən lazımi nəticə çıxarılmayıb, tikinti qanunvericiliyinə məhəl qoyulmadan, layihə sənədləri FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan təkrarən tikinti-quraşdırma işlərinə başlanılıb. Qanunvericiliyin tələbləri pozulduğuna görə obyektdə aparılan tikinti-quraşdırma işlərinin FHN tərəfindən dayandırılmasına qərar verilib”.
E. Babayev onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən "Binə” və "Sədərək” ticarət mərkəzlərinin tikintisi zamanı yanğın təhlükəsizliyi normalarına laqeyd münasibət göstərilib, normativ sənədlərin tələblərinə uyğun olaraq, yanğına qarşı sədlərlə ayrılmasına riayət olunmayıb.
Xatırladaq ki, ötən il dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd "BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol