• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb - TƏFƏRRÜATLAR

Azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb - TƏFƏRRÜATLAR
29.05.2020 10:58
Almaniya polisi erməni terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinən şəxsi avtobusdan düşürüb.

Anews.az report-a istinadən xəbər verir ki, Avropa bürosunun əldə etdiyi məlumata görə, buna səbəb onunla bir avtobusda səyahət edən 34 yaşlı Azərbaycan vətəndaşının polisə şikayət etməsi olub.

Belə ki, Almaniyanın Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusa minən 25 yaşlı erməni Azərbaycan vətəndaşının telefonla danışığını eşidəndən sonra erməni terrorçu, Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlı mülki əhalini amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinib.
Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. Həmvətənimiz erməniyə Almaniyada terror təşkilatı və terrorçuların təbliğatının qanunla qadağan olunduğu deyən zaman, sonuncu onu ağır ifadələrlə təhqir edib.

Yaranan mübahisəyə polis qarışmalı olub. Ermənistan vətəndaşı avtobusdan düşürülərək polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb, köynəyi dəyişdirilib və ilk dəfə üçün şifahi xəbərdarlıq edilib.

Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol