• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik - ÖZƏL

Sürücülərin nəzərinə: Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik - ÖZƏL
07.01.2020 10:10
Azərbaycanda "Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, elektron məlumat bazasının yaradılması "Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub.

Hazırda "Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır. 
 
Bu, irihəcmli işdir və mütəxəssislər cəlb edilməlidir. Bizim də fikrimiz var ki, baş verən yol-nəqliyyat hadisələri zamanı məlumat toplananda, hətta görüntülü şəkildə dərhal o proqram əsasında qoyulan suallara konkret cavab verilsin.

Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ilindən başlayaraq, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq ki, bunun da nəticəsində hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.

Eyni zamanda, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq və elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq, analizlərin aparılması işi daha da təkmilləşəcək”.
K.Əliyev bildirib ki, bəzən yol-nəqliyyat hadisəsi baş verəndə dəqiq səbəbini üç-beş dəqiqəyə demək çətindir:

"Ümumi deyilir ki, sürət həddinin aşılması. Amma sürət həddinin aşılmasına görə qəza olmur. Dünyada elə dövlətlər var ki, sürət məhdudiyyəti yoxdur. Qəza o zaman olur ki, sürücü sürətlə gedən zaman hərəkət iştirakçısı manevr etmə, ötmə qaydalarını pozur və qəza baş verir.

K.Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası ilə bağlı yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatmasını və daha operativ əlaqələndirməni təmin etmək üçün Daxili İşlər, Səhiyyə və Fövqalədə Hallar Nazirliklərinin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb, artıq belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol