• $
  • €
  • ₽
  • ₺
  • £

700 bal yığan tələbələr Azərbaycanda oxumaq istəmir

700 bal yığan tələbələr Azərbaycanda oxumaq istəmir
07.08.2014 12:51

Məlum olduğu kimi, dünən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələri açıqlanıb. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, 33 623 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir. 

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında ümumilikdə 9 nəfər rekord nəticə göstərərək 700 bal toplayıb.

Maraqldır, rekordçularımız hansı universitetlərdə təhsil alacaqlar və xaricdə təhsillərini davam etdirmək fikirləri varmı? 

Azvision.az sözügedən tələbələrlə əlaqə saxlayıb. 

I ixtisas qrupun üzrə 700 bal toplayan Bakı şəhəri, kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov  ali məktəbə qəbul olduğu üçün sevincli olduğunu bildirib: “Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması fakültəsinə daxil oldum. Sevdiyim ali məktəbdir. Xaricdə oxumaq fikrim də var, əgər universitetdən göndərsələr, gedib təhsilimi davam etdirərəm”.

I ixtisas qrupu üzrə digər rekordçu - Bakı şəhəri, “Zəkalar” liseyinin məzunu Nurlan Quluzadə Azərbaycan Diplomatiya Akademiyasının informasiya texnologiyaları fakültəsində təhsil alacaq: “Ürəyimcə olan bir ixtisasdır. Bir il burada oxuyub, daha sonra xaricdə təhsilimi davam etdirəcəm”.

I ixtisas qrupu üzrə Bakı şəhəri, BDU-nun nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nəbizadə Fatimeyi Zəhra: “Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsində oxuyacağam. Bir il burada təhsil alıb, vəziyyətə baxacam. İmkan olsa, gedib xaricdə oxuyacam. İxtisas seçimini də özüm etmişəm”.

II ixtisas qrupu üzrə 287 saylı "Zəkalar" liseyinin məzunu Qoşqar Qədimbəyli Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə daxil olub: “Xaricdə təhsil almaq istəyirəm, amma hələ qəti fikrim yoxdur”.

IV ixtisas qrupu üzrə Ağdam rayonu, Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub: “Birinci il burada oxuyub, ikinci ildən Türkiyəyə gedəcəyəm”.

IV ixtisas qrupu üzrə Ağsu rayonu, 1 saylı şəhər orta məktəbin məzunu Nicat Qasımov da Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub: “Bu, uşaqlıqdan istədiyim bir ixtisasdır. Xaricdə oxumaq fikrim də var”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol