• $
  • €
  • ₽
  • ₺
  • £

Qənirə Paşayeva yandırılan 10 yaşlı qızdan DANIŞDI/FOTO

Qənirə Paşayeva yandırılan 10 yaşlı qızdan DANIŞDI/FOTO
07.01.2020 11:26
"Dəhşət, böyük üzüntü və ciddi narahatlıq içindəyik. 10 yaşlı Nərmin balamiza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir. Bu cürlərinin əslində yer üzündə gəzmə haqqı olmamalıdır".
 
Bu sözləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva təmsil etdiyi Tovuz rayonunda 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətlə yetirilərək yandırılmasına münasibət bildirərkən deyib.
 
"Respublikamızın hüquq mühafizə orqanları ciddi araşdırma aparırlar və inanırıq ki, bu dəhşətli hadisəni törədən layiq olduğu ən ağır cəzanı alacaq. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar. Biz hamımız bunu gözləyirik. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın. Valideynlərinin böyük ağrı və üzüntüsünü paylaşırıq. Artıq yoldayam. Bir az sonra Nərminin ailəsinin yanında olub, onlara acılarını minlərlə insanımizin paylaşdığını və Nərminə qarşı bu dəhşətli cinayəti törədənlərin mütləq ədalət qarşısında cavab verib layiq olduğu (olduqları) ağır cəzanı alacağını da söyləyəcəm. Nur içində yat gözəl Nərmin. Sənə qarşı bu dəhşətli cinayəti törədənlər ədalət qarşısında mütləq cavab verəcəklər", - deyə Q.Paşayeva bildirib.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol