• $
  • €
  • ₽
  • ₺
  • £

“Səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur” - DİN-dən ABŞ səfirliyinin çağırışına MÜNASİBƏT

“Səfirliklərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur” - DİN-dən ABŞ səfirliyinin çağırışına MÜNASİBƏT
07.01.2020 11:31
"Təhlükəsizlik tədbirləri, polis nəzarəti zamanından asılı olmayaraq, hər vaxt yüksək səviyyədə həyata keçirilir”.
 
Bunu Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov ABŞ-ın Azərbaycandakı səfirliyinin öz vətəndaşlarına təhükəsizliklə bağlı göstərişinə münasibət bildirərkən deyib.
 
O, qeyd edib ki, ABŞ-ın, o cümlədən ölkəmizdə fəaliyyət göstərən bütün xarici dövlətlərin səfirlikləri, diplomatik nümayəndəlikləri və onların hər bir əməkdaşının təhlükəsizliyi Azərbaycan qanunvericiliyinə uyğun qaydada, yüksək səviyyədə təmin olunur”.
 
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb. Yaxın Şərqdə artan gərginlik səbəbindən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb. Məlumatda amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol