• $
  • €
  • ₽
  • ₺
  • £

Sərdar Cəlaloğlu: "DTX-yə müraciət etmişəm"

Sərdar Cəlaloğlu: "DTX-yə müraciət etmişəm"
07.01.2020 14:12
"Səhər saatlarında hurriyet.org saytına haker hücumu olub. Planlı şəkildə açıqlama hazırlayıb saytımıza yerləşdiriblər. Bununla bağlı DTX-yə müraciət etmişəm".

Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arqument.Az-a açıqlamasında deyib.

O bildirib ki, bu təxribat düşünülmüş şəkildə seçkiöncəsi həyata keçirilib: "Həmin açıqlamanın mənə heç bir aidiyyatı yoxdur. Bilirsiniz ki, 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu da seçkiöncəsi təxribatdır, kiberçinayətdir. Saytımızda müxtəlif dövlət qurumları da tənqid olunur. Ona görə də Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğa müraciət elədim. Bu cinayəti araşdırıb həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əlimdən gələni edəcəyəm".

Xatırlatma

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından  hurriyet.org saytında açıqlama yayılıb.

Həmin açıqlamada deyilir: "Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü. Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir".

"Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm", - açıqlamada bildirilib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol