• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məşhur oteldə müştəriyə görə 15 nəfər işdən qovuldu

Azərbaycanda məşhur oteldə müştəriyə görə 15 nəfər işdən qovuldu
07.01.2020 14:18
"Park Qusar Resort” hotelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də hoteldən üçotaqlı kottec bron ediblər:

"Biz üç ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda hotellə əlaqə saxladıq, amma hotelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də hotelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər, hotel doludur deyə xadimə çatdırmayıb.

Biz uşaqlara görə heç olmasa bir otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”. 

"Park Qusar Resort” otelinin satış təmsilçisi Vüsal Ağayev Qafqazinfo-ya açıqlamasında belə bir problem yaşandığını təsdiqləyib:

"Bayram günləri olduğu üçün müştəri sayı çox idi, lakin rəhbərlik az işçi götürdüyü üçün xadimələr təmizlik işlərini çatdıra bilmirdilər. Buna görə də hotelin sahibi tərəfindən direktor Anar müəllim və 15 işçi vəzifəsindən çıxarıldı.

İndi hotelə Ceyhun müəllim rəhbərlik edir. Artıq əlavə işçilər götürülüb və hər şey qaydasındadır. Narazı olan və şikayət edən müştərimizə isə otelin rəhbərliyi adından bildirirəm ki, buyursun bizə müraciət etsin, heç bir ödəniş etmədən onlara yenidən xidmət edərək könüllərini almağa hazırıq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol