• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR - VİDEO

Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR - VİDEO
09.01.2020 09:16
İndiyədək ailə başçısını itirən sağlamlıq məhdudiyyətli uşaqlar iki müavinətdən birini seçə bilirdilər.Artıq bu kateqoriyaya aid olan uşaqlara iki növ müavinət veriləcək. Dəyişiklik yanvarın 1-dən qüvvəyə minib. Həmçinin, yaşa görə pensiya hüququ olmayan şəxslərin müavinət almaq yaşı endirilib. Sağlamlıq imkanı məhdud uşaq böyüdən analar da sosial müavinəti daha tez alacaqlar.

Ailə başçısını itirən sağlamlıq məhdudiyyətli uşaqlar iki növ müavinət alacaqlar…

Bu, prezident İlham Əliyevin ötən il noyabrın 29-da "Sosial Müavinətlər Haqqında" qanuna etdiyi dəyişikliklərdə öz əksini tapıb. Qanun yanvarın 1-dən qüvvəyə minib.
 
Həmçinin, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği onu almaq hüququ olan ailə üzvləri arasında bərabər paylanır. Bu məbləğ bölündüyünə görə adambaşına düşən hissə bəzən ailə başçısını itirməyə görə verilən sosial müavinətin məbləğindən aşağı olurdu.

İndi həmin ailələrə sözügedən pensiya növündən imtina edərək, ondan yüksək olan müavinəti seçmək hüququ verilir. Eləcə də, indiyədək yaşa görə pensiya hüququ olmayan qadınlar 62 yaşda, kişilər isə 67 yaşda müavinət almaq hüququ qazanırdılar. Bu yaş həddi də endirilərək pensiya yaşına uyğunlaşdırılıb.

Sağlamlıq imkanı məhdud uşaq böyüdən analar da sosial müavinəti daha tez alacaqlar.
Bu şərtlər həm də 5-dən artıq uşağı olan qadınlara şamil olunur. Bu halda isə analar hər uşağın sayına görə pensiya yaşından 1 il azaldılmaqla müavinət almaq hüququ əldə edirlər.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol